среда, 25 октября 2017 г.

M. Füzuli "Hanı ey zalım..." ifa - V. Azəryar





                                             MÜRƏBBE'

                Qeyrilə hər dəm nədir seyri-gülüstan etdigin?
                Bəzmedib, xəlvət qılıb, yüz lütfü ehsan etdigin?
                Əhdbünyadın mürəvvətdirmi viran etdigin?
                Qanı,ey zalım, bizimlə əhdü peyman etdigin!?

                      Ləhzə-ləhzəmüddəilər pəndini guş eylədin,
                    Qanə-qanə qeyr cami-şövqümi nuş eylədin,
                    Varə-varəəhdü peymanı fəramuş eylədin,
                    Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?

                    
                   Qeyrə salıb mehrini bizdən sovutdun aqibət,
                  Tərki-mehretdin, təriqi-zülm tutdun aqibət,
                     Əhdlər,peymanlar etmişdik, unutdun aqibət,
                    Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?

                    
Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?                  
Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq?
  Sizdə adət bumudur? Böylə olurmuyarlıq?                 
Qanı, ey zalım, bizimlə əhdü  peymanetdigin!?

                     Çərxtəkbədmehrlik rəsmini bünyad eylədin,
                    Yaxşı adın var ikən, döndün yaman ad eylədin,
                     Dönə-dönə bizi qəmnak, özgənişad eylədin,
                    Qanı ey zalım, bizimlə əhdü peyman etdigin!?

                    
Könlümüz minbə'd zülfünçün pərişan olmasın,                   
Bağrımız lə'lin həvasilə dəxi qan olmasın,                   
Bivəfasan! Çeşmimiz yadınla giryan olmasın,                  
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?

                     Və'deyi-vəslilə aldın səbrimiz, aramımız,
                    Olmadı bir gün vüsalından müyəssər kamımız,
                    Keçdi hicr ilə, Füzulidən betər əyyamımız,                 
                   Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?

1 комментарий:

Анонимный комментирует...

When you get off the subway, head for exit 5 or 6 — especially if it’s cold. The new venue, which will to} take the place of Bobby’s Burger Palace, subsequent to The Cheesecake Factory, is simply one of the many companies operated by local restaurant homeowners Steven Wang and Nick Son. Casino & Hotel Maryland will welcome a new new} restaurant to its lineup of varied ベラジョンカジノ cuisines and eating experiences. Collaborates with analysts to provide casino host production report. SimplyHired could also be} compensated by these employers, serving to maintain SimplyHired free for jobseekers.