среда, 11 октября 2017 г.

M Füzuli. Dustum aləm səninçün... ifa - V. Azəryar





Dustum, aləm səninçin gər olur düşmən mənə,
Qəm degil, zira yetərsən dust ancaq sən mənə.
Eşqə saldım mən məni, pənd almayıb bir dustdən,
Hiç düşmən eyləməz onu ki, etdim mən mənə.
Canü tən olduqca, məndən dərdü qəm əksik degil,
Çıxsa can, xak olsa tən, nə can gərək, nə tən mənə.
Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən,
Zülməti-hicr etdi çox mübhəm işi rövşən mənə.
Dudü əxgərdir mana sərv ilə gül, ey bağiban,
Neylərəm mən gülşəni, gülşən sana, gülxən mənə.
Qəmzə tiğin çəkdi ol məh, olma qafil, ey könül!
Kim, müqərrərdir bu gün ölmək sana, şivən mənə.
Ey Füzuli, çıxdı can, çıxman təriqi-eşqdən,
Rəhgüzari-əhli-eşq üzrə qılın mədfən mənə!

Комментариев нет: