суббота, 16 декабря 2017 г.

Araz Elsəs. Kirgizistanim. klip





Araz Elsəs :Bu yaxınlarda Kırgızıstanda görüntülediyimiz klipi altyazılı olarak siz sevgili könüldaşlaımıza sunuram, umarım gönlünüzce olsun!

среда, 6 декабря 2017 г.

Yaşlanmayı Nasıl Tedavi Ederiz - Sizin Yaşam Sürenizde?





Старение — это самый главный враг живых организмов. Можно переживать по поводу глобального потепления или загрязнения окружающей среды, но старость — это единственная «гарантированная» беда, которая настигнет каждого из нас. Или все-таки нет?
Доктор Обри де Грей, соучредитель исследовательского фонда SENS, поставил своей целью поиска средства, которое избавило бы человечество от биологического старения. Он искренне убежден, что существование мира, в котором возрастные заболевания попросту не существуют — это реальность, которая ждет нас уже в ближайшем будущем.
На прошедшей недавно конференции Virtual Futures в Лондоне Грей заявил, что первый человек, который доживет до 1000 лет, не просто родится в каком-то гипотетическом будущем, но уже появился на свет. Он также считает, что наука найдет способ качественно усовершенствовать терапию, направленную на устранение возрастных изменений организма, в течение ближайших 20 лет!
На первый взгляд подобные заявления звучат как научная фантастика, однако уже в 2017 году ученые совершили значительный прорыв в области исследований методов борьбы со старением. В августе они даже обнаружили особое молекулярное соединение, которое помогает организму бороться со старением. А в октябре новая терапия с использованием стволовых клеток помогла существенно омолодитьорганизм пациентов.
«Старение — это бич, который ежедневно убивает 110 000 человек во всем мире. Оно причиняет нам неисчислимые страдания, и, вопреки расхожему мнению, мы можем с ним бороться, поскольку данная проблема поддается научному и технологическому вмешательству», поясняет Грей.

среда, 29 ноября 2017 г.


Шнуров: К черту чертежи, ежи, расчеты, нужно тщательнее всем молиться, ведь Гагарин втайне был крещеный
Лидер группы "Ленинград" Сергей Шнуров написал в стихотворении о российской бездуховности, которая мешает запуску "православных ракет", и заявил, что первый космонавт Юрий Гагарин был втайне крещеным. Пост он разместил в Instagram.
"Видно, мы не домолились где-то
Или в пост поели жирного гуся,
Что не может православная ракета
На орбиту выйти, спутники неся.
Не взлетела. Бездуховность тянет
Нас к земле, подальше от небес,
И смеется где-то там по-пьяни
Нет, не дьявол, а всего лишь бес.
В небо устремим же свои лица.
К черту чертежи, ежи, расчеты,
Нужно тщательнее всем молиться,
Ведь Гагарин втайне был крещеный.
Крестный ход устоим и стояния
Православным миром. Сколько нас!
Масса, скорость, сила, расстояния,
Божьему народу не указ.
Потому что нужно верить в чудо,
А не бредням всяких там ученых.
Донесем же до простого люда,
Что Великий Юра был крещеный!
Гавкает пускай порода песья –
Е равно у них ЭМ ЦЭ в квадрате.
Не летал он в космос, а вознесся
Силой веры и с молитвой, братья", – написал он.

среда, 8 ноября 2017 г.

Xərcəng qorxusu: Bir insanın xəstəlikdən əriyib getməsini görəndə mən inancımı da itirirdim


Əvvəlcə onun Facebook-dakı statusu diqqətimi cəlb etdi: "...xərçəngdən şübhələnib əməliyyata alındım" - yazırdı.
O, çox gözəldir; sifəti qısa saçlarının çərçivəsində nur saçır. Hətta həyatının ən ağır dəqiqələrini xatırlayarkən o, gülümsəyir.
Oxumaq niyyəti ilə Günel Almaniyanın ən gözəl mənzərəli şəhərlərindən biri olan Münhenə gedir.
"Əslində xoşum gəlmədi oralardan, - deyir, - heç fəsil yoxdur, səhər pəncərəni açırsan - yağış, günorta açırsan - qar. Dərslərim axşam saat altıda başlayırdı. Bütün adamlar işdən evə qayıdan vaxtı mən dərsə gedirdim. Yağışın, küləyin altında... Orada evdən heç kəs çətirsiz çıxmır. Səbirsizliklə yayı gözləyirdim, isti paltarlarımı qutuya yığdım ki, daha lazım olmaz. Amma yay heç olmadı....
Bir neçə aydan sonra səhhətim məni narahat etməyə başladı, tez yorulurdum. Mən bunu stressdən, ümumi yorğunluqdan, günəş işığının olmamasından irəli gəlməsini düşünürdüm.
Almaniyada həkim qəbuluna bir neçə ay öncədən yazılmalısan. Ona görə mən Təcili Tibbi Xidmətə müraciət etdim. Yaxşı ki, sığortam var idi. Almaniyaya təqaüd əsasında getmişdim, amma sığorta pulunu tələbələrın çoxu özü ödəyir. Ayına 85 Avro təşkil edir və hamı özünə bunu rəva edə bilir. Bu, insana bir güvən, rahatlıq hissi verir ki, səhhətinlə bağlı bir fəsad olarsa, sənə istənilən halda yardım göstəriləcək.
Təcili tibbi yardımdakı həkim çox yüngül bir ürəklə mənə dedi: "Mən səndə kista görürəm, o, əməliyyat olunmalıdır. Bəli, sən deyirsən ki, nəslinizdə heç kəs xəstə olmayıb, amma mən həkiməm və törəmə görürəm. Bu törəmə bədxassəli olsa müalicələrsiz, əməliyyatsız təxmini 1, 1.5 il yaşama imkanı olur pasientlərin. "
Təbii ki, ilk anda şok yaşadım. Belə xəbər eşidəndə, insan sanki reallıqdan qaçmaq istəyir. Dedim ki, qayıdım öz ölkəmə, əməliyyatı orada edim, valideynlərim başqa şəhərdədir, onlarsız əməliyyat kimi ciddi qərarı verə bilmərəm.
Həkim mənə baxaraq təəccübləndi: "Nə valideyn? Həyatından gedir söhbət! Törəmə hər an dağıla bilər. Əməliyyat olunarsan, sonra valideynlərin gələr yanına".
Onlar üçün yetkinlik yaşına çatmış hər kəs öz həyatına özü qərar verir. Əməliyyat haqqında, onun ola biləcək nəticələri haqqda nə qədər kağız imzaladım və növbəti gün əməliyyata gələcəyimi öhdəliyimə götürdüm. Həm də ki, məni qorxudan o oldu ki, mən dörd ay ərzində adi həkimin qəbuluna düşə bilmirdim və məni təcili, növbəsiz əməliyyata salırdılar.
...Orada həkimlər xəstəni hər şeyə hazırlayırlar, ən pis ehtimala kimi. Bunlar da psixoloji çox ağır gəlir. Həm də adətən bu tipdə xərçəng daha çox yaşlılarda özünü biruzə verir - yaşı altmışdan artıq olanda. Mən, öz iyirmi yeddi yaşımda çox uzaq idim bunlardan. Təsəvvür edin, altmış yaşında qadın belə xəstəlik tutur. Onun artıq həyatının böyük hissəsi keçib, yanında uşaqları, nəvələri, amma mən, tək qalıb, bu yaşımda keçmək məcbur oldum bu ağırlıqları.
Ancaq evə gələndə o dərəcədə şokda idim ki, hər şey yadımdan çıxdı.
...Xəstəxanada keçirdiyim üç gün ən ağır oldu. Palatada məndən başqa digər xəstələr də var idi. Onların hansı ölkədən olduqlarını, nə dildə danışdıqlarını bilmirdim. Tamamilə tək idim. Bütün yükü özüm daşımalı oldum. Ümumiyyətlə, Almaniyada mən heç xoşbəxt olmadım, ölkənin özündən yoruldum.
Düşünürdüm: "Mənim yaşamağa cəmi bir ilim varsa, nəyə görə mən onu burada keçirməli oldum?"
Artıq hazırlaşırdım, plan qururdum, mən bu il ərzində nə edəcəyəm; dostlarıma video ismarıclar yazacaqdım. Düşündüm ki, buna qədər nə cür yaşamışam, indi həyatıma dəyər verəcəm, istədiyimi edəcəm, sevdiyim işlə məşğul olacam, istədiyim insanlarla işləyəcəm.
Ölümdən heç vaxt qorxmamışam. Sadəcə ailənin tək övladıyam, yaxınlarım barədə narahat idim, onları daha çox fikirləşirdim. Ailədən heç kimə xəstəliyim və olacaq əməliyyatım barədə demədim.
Əslində Almaniyada dost anlayışı bizimkidən çox fərqlidir. Hətta orada yaşayan azərbaycanlılar belə başqa cürə olur. Həm də məsafələr uzaqdır. Orada yaşayan ailəli dostlarım üçün daima mənim yanımda olmaq qeyri-mümkün idi. Amma müraciət etdiyim dostlarımın sayı az olsa da, o vəziyyətdə o da mənim üçün dəstək idi. Bakıda bir rəfiqəmə qızdırmam qalxanda yazmışdım, halbuki vaxt fərqinə görə o, Bakıda artıq yatmışdı, amma ona yazıb bir az qəlbimi yüngülləşdirdim.
Əməliyyata daxil olanda, heç dili də bilmirdim. Əməliyyatdan əvvəl gecə xəstəxanaya bir qız da gətirdilər, Tunisdən idi, ingiliscə heç bilmirdi. Hamilə idi. Biz ünsiyyətə girə bilmədik.
Həkimdən soruşdum: "Ona nə olub?", cavab verdi ki, deyə bilmərəm, məlumat məxfidir. Təsəvvür edin, bizim xəstəxanalarda hamı bir biri ilə söhbət edir, hal-əhval tutur, öz həyat hekayələrini bölüşür. Qız məndən sadəcə jestlə soruşdu, mən də hamiləyəm ya yox.
Səhər saat altıda yavaşca durdum ki, qızı oyatmayım, o, hələ yatmışdı. Heç onunla da sağollaşa bilmədim, əməliyyata gedirdim, amma yanımda "Sağ ol!" deməyə heç kim yox idi.
Ümumiyyətlə, mənə eyni vaxtda üç əməliyyat etdilər. Sağalma vaxtı da uzun çəkdi. Yalvarmalı oldum ki, siz allah, mən təkəm, mənə baxanım yoxdur, göndərməyin məni evə. Əməliyyatdan sonra on gün xəstəxanada qaldım .
Evə qayıdanda, digər çətinliklər özünü biruzə verməyə başladı. Sən başa düşürsən ki, yeriyə bilmirsən, amma yemək bişirməli, evə ərzaq almalısan. Həmin o günlər "gələcəkdə ölə bilərsən" fikrindən mənə daha ağır gəldi. Mənzilim beşinci mərtəbədə idi. Yarım saata, sürahidən tuta-tuta düşürdüm pilləkənları.
Həm də ağır əşya qaldırmaq olmaz. Mağazaya düşüb, bir-iki kartof, çörək seçirdim, baxırdım - qaldıra bilərəmmi, ağır deyil? Aparırdım evə, sonra başqa nəsə almaq üçün yenə düşürdüm.
Qaldığım evdə altı nəfər ev yoldaşım var idi, amma heç biri mənə kömək etmədi. Əməliyyatdan qayıdandan sonra mən xəstə-xəstə otağımda uzanmışdım və ev dostlarından biri gəldi və dedi: "Sənin bu gün ev yığışdırmaq növbəndir". Çalışdım başa salım ki, əməliyyatdan təzə çıxmışam. Dedi: "Eybi yox, sadəcə tozsoranla işləyərsən, dərindən təmizləmə".
Almanlar, ümumiyyətlə, mənə soyuqqanlı göründü. İnsana kömək etməyə heç meylli deyildilər. Məsələn, mən Bakıya gələndə çemodanımı aşağı düşürtmək üçün evin birinci mərtəbəsində kafedə işləyən bir oğlana müraciət etdim, dedim: "Sənə on beş avro verərəm, kömək edərsən mənə?" Dedi: "Fikirləşərəm". Gəlib-gedəndə hər dəfə ona salam verirdim. Nəhayət cavab verdi ki: "Yaxşı, düşürərəm". Və bu pulla bağlı deyil; sadəcə düşünürlər ki: "Mən bunu nəyə görə etməliyəm?" Ora sənin üçün, məsələn, İtaliya deyil ki, küçə boyu beş nəfər yanına qaçacaq ki, kömək etsin. Orada isə hərəsi öz işini özü görər.
Bunlar hamısı psixoloji məni məhv edirdi. Həm də proses hələ davam edirdi, analizlərin cavablarını gözləyirdim.
Üç həftədən sonra mən Bakıya qayıdacaqdım. Üç həftə elə bil çox az müddətdir. Amma mənim üçün bu günlər heç bitmirdi. Əşyalarımı yığmaq üçün getdim şəhərin başqa bir rayonundan karton qutu almağa. Gətirəndə güclə küçələr boyu yerlə sürüdüm. Sürüdüyümə görə qutu cırıldı, və məcbur oldum yenə gedim qutu alım.
Bakıya qayıdanda, digər çətinliklərlə rastlaşdım. Halbuki mənim həddindən artıq böyük çevrəm var idi, onların arasında həqiqi dostların nə az olduğunu dərk etdim. Mən başa düşdüm ki, heç kəs səninlə bu yükü bölüşməyə hazır deyil. Özümə qapandım.
Bu idi məni yıxan... İndi proses bitsə də, onun ağırlığından indi çıxıram. O zaman psixoloqa ehtiyacım var idi. Təəssüf ki, Almaniyada da psixoloji dəstək verən olmadı. Özəl psixoloqun məsləhəti çox baha başa gəlir - saatı 200-250 Avro. Sığortaya daxil olan psixoloqlara isə vaxt məhdudiyyəti xəstənin daxili aləminə çox dərinə üzməyə imkan vermir - onlar mənə yalnız yeddi dəqiqə ayıra bilərdi. Məsələn, ABŞ-da belə hallarda ailəyə dərhal psixoloq ayrılır, hər cür yardım göstərir, uşaqlarla məşğul olurlar, evin işlərini öz üzərinə götürürlər. Həm də könüllülər hərəkatı orada çox inkişaf edir.
Bakıda isə mən dərdlərimi çəkə bilmədim. Həm özümü düşündüm, həm dostlarımı, fikirləşirdim: "Axı mən onlara qarşı belə olmazdım".
Düzdür, çalışırdım onlara da haqq qazandırım ki, bəlkə digər insanlar, nə qədər də sən onları özünə yaxın bilsən belə, o yolu səninlə keçməyə hazır deyillər. O, tək cavanlara aid deyil. Heç mən onlarla xəstəliyim barədə danışmaqdan demirəm, sadəcə yanımda olmaqlarını, mənimlə danışmaqlarını istəyərdim. Əsasən ölüm təhlükəsi olan zamanda...
İstənilən mövzu olsun: kitabmı, mədəniyyətmi, alış-verişmi... Əks halda özüm-özümü yeyib bitirmişdim. Kiminsə sənin ölüb-ölməyəcəyinlə maraqlanmasını istəyirsən.
"Nə qədər bu mövzuda az danışsaq, o qədər də bəd xəbərlərdən uzaq olarsan", - mənə belə deyirdilər.
Proses davam etdiyi dövrdə xəstəliyimdən ümumi danışırdım, həkimin dediklərini isə heç kimlə bölüşmədim. Ölümün məndən nə qədər uzaq, nə qədər yaxın olduğunu bilmirdim. Ən pis ehtimallarda yanında hansı dostlarının olacağını özün üçün dəqiqləşdirirsən. Ətrafını qeyri-ixtiyari filtirlənir. Həmən dövrdə dostlarının səninlə addımlamağını, xəstəliyini bölüşməyini istəyirsən. Bəlkə də, həmən dövrdə insanlar xəstəliyini onlara yükləmək istədiyini düşünürlər deyə uzaqlaşırlar. Bu qrip deyil ki, "sən tək bacararsan" deyib, uzaqlaşasan dostlarından. Sənin həyatının insanlar, dostların üçün önəmli olduğunu hiss etmək istəyirsən.
Amma hamı belə deyildi. Mənimlə oxuyan rəfiqəm var idi, mənim əməliyyatımdan bir həftə əvvəl Bakıya qayıtdı. Əməliyyat olduğumu eşidəndə hətta bilet alıb geriyə qayıtmaq istədi ki, yanımda olsun.
Psixoloqa da müraciət etmişdim, amma nədənsə məndə empatiya hissi yaratmadı, uzaqlaşdım ondan. İşləyə də bilmirdim, apatiya içində idim.
Mən çox fəal idim həyatımda, institut vaxtı könüllü işləmişəm, gün ərzində işlərimi çatdıra bilmirdim, və mən artıq bir il bu vəziyyətdəyəm, özümü bitki kimi hiss etdim - gülümsəyir - Əslində belə böyümək istəmirdim.
Amma yaxşı cəhətləri də oldu. Bir neçə illik dostlarımdan ayrılmalı oldum. Amma dostluq birlikdə nələrdən keçdiklərindən asılıdır. Və bu dostlar bu mərhələni keçmədi. Bəlkə bu, belə tez olduğu da yaxşıdır. Dostunla paylaşma etməyi bacarmalısan, həm şad günündə, həm də qəmdə. Paylaşarkən adam sanki yüngülləşir, içindəkilərdən azad olur.
Mən bütün yaşadıqlarımla Bakıda qarşılaşsaydım, düşünürəm, daha rahat olardım. Həm yaxınlarım yanımda olardı, həm cəmiyyətimiz daha istiqanlıdır, ürəyi açıqdılar. Belə isə heç xəstəliyimin dərdini çəkməyə imkanım olmadı.
Bundan əvvəl də onkologiya ilə qarşılaşmışam. Bir gənc qız var idi, hələ sosial şəbəkələrdə onun üçün dəstək istəyir və əməliyyat üçün pul yığırdılar. Nərmin idi adı, cəmi on altı yaşı var idi. Bacısı ilə dost idim. İlk əməliyyatı üçün pulun yığılmasında da iştirak eləmişəm. Yanına, demək olar ki, hər gün gedirdim. 2013-cü ilin aprelin 30-u o zobdan əməliyyat olundu və bir aydan sonra məlum oldu ki, xərcəng dördüncü dərəcəyə keçib. Ondan da çıxan olmur... Hələ lap uşaq idi. Çox pis olurdum. Başa düşürdük ki, sağalmayacaq, ancaq kampaniyaya başlamışdıq, il ərzində pul yığırdıq ki, ona dəstək olaq.
İki - biri varlı, biri kasıb - ailə olsa və uşaqları eyni xəstəlikdən əziyyət çəksə, varlı uşağının sağalması üçün yalnız dua edir, çünki pul haqqında artıq düşünmür. Kasıb ailənin bir fikri olur - ancaq pul tapmaq; düşünür ki, pul tapılsa, uşaq mütləq sağalacaq.
Nərmindən də kiçik əməliyyat keçirən uşaqları görmüşəm. Onların ağrılarını görmək çox çətindir. Və çox vaxtı bu ağırlığı maddi problemlər daha da çətinləşdirir. Hansısa uşaq ağrıdan qışqırırdı, həkimə deyirdim, get bax ona, deyirdi, pulumu versinlər, sonra.
Nərmin heç bilmirdi ki, xərçəngdən əziyyət çəkir, öləcəyini düşünmürdü. Bir insanın xəstəlikdən əriyib getməsini görəndə mən inancımı da itirirdim.
Həm öz təcrübəmdən, həm də digərlərinin əziyyətlərinin şahidi kimi, demək istəyirəm: insanlara dəstək lazımdır.
Sadəcə xəstənin, onun yaxınlarının yanına gəlib, bir-iki saat söhbət etməklə, təsəvvür edin, nə böyük yükü onların çiyinlərindən götürə bilərsiniz.

H.Cavid "Get" qəzəli, ifa - V.Azəryar



Get!

Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.
Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!..
Bivəfasən, mələk olsan belə uymam daha, get!
Kim ki uymuş sana, könlüm kibi divanə imiş.
Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş!
Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim!.. Ah... könül ruhuna biganə imiş.
Səni təqdis edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş!
Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!
Bildik artıq bu cihan mülkü nə viranə imiş!..



H CAVİD Görmədim ifa V Azəryar

вторник, 7 ноября 2017 г.

M. Füzuli. Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm. ifa V A...





BU MÜRƏBBE LEYLİ DİLİNDƏNDİR
Giriban oldu rusvalıq əlilə çak, damən həm,
Mənə rüsvahğımda dustlar tə'n etdi, düşmən həm.
Rəhi-eşq içrə can qıldım giriftari-bela, tən həm,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Əgər tutsam qəmim eldən nihan, səbrü qərarım yox,
Və gər şərhi-qəmi-pünhanım etsəm, qəmgüsanm yox,
Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyanın yox,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Olubdur əşki-xunab ilə gülgun çöbreyi-zərdim,
Yanıbdır atəşi-hicranə cani-dərdpərvərdim,
Cəfayi-çərxi-kəcrəftar əlindən var min dərdim,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Gəhi şövqi-vüsalü gəh bəlayi-hicr ilə zarəm,
Özüm həm bilməzəm dərdim nədir, mən necə bimarəm?
Qəmi-eşq içrə bir dərmanı yox dərdə giriftarəm,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Cüda səndən bəlavü dərdi-hicran ilə tutdum xu,
Qılır hər dəm mənə bidad dord ayru, bəla ayru.
Bəlavü dərdə düşdüm, ruzigarım böylə, halım bu,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Təbibi-eşqə çün izhar qıldım dərdi-pünhanı,
Məni-bimarə mütləq olmadı bir səhhət imkanı,
Əzəldən var min dərdim ki, yoxdur hiç dərmanı,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Füzuli, hər zaman bir tə'n ilə bağrım qılırsan qan.
Əcəb, bilməzmisən kim, eşqdən keçmək değil asan?
Bilirsən, düşmüşəm bir dərdə kim, yoxdur ona dərman,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?

среда, 25 октября 2017 г.

M. Füzuli "Hanı ey zalım..." ifa - V. Azəryar





                                             MÜRƏBBE'

                Qeyrilə hər dəm nədir seyri-gülüstan etdigin?
                Bəzmedib, xəlvət qılıb, yüz lütfü ehsan etdigin?
                Əhdbünyadın mürəvvətdirmi viran etdigin?
                Qanı,ey zalım, bizimlə əhdü peyman etdigin!?

                      Ləhzə-ləhzəmüddəilər pəndini guş eylədin,
                    Qanə-qanə qeyr cami-şövqümi nuş eylədin,
                    Varə-varəəhdü peymanı fəramuş eylədin,
                    Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?

                    
                   Qeyrə salıb mehrini bizdən sovutdun aqibət,
                  Tərki-mehretdin, təriqi-zülm tutdun aqibət,
                     Əhdlər,peymanlar etmişdik, unutdun aqibət,
                    Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?

                    
Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?                  
Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq?
  Sizdə adət bumudur? Böylə olurmuyarlıq?                 
Qanı, ey zalım, bizimlə əhdü  peymanetdigin!?

                     Çərxtəkbədmehrlik rəsmini bünyad eylədin,
                    Yaxşı adın var ikən, döndün yaman ad eylədin,
                     Dönə-dönə bizi qəmnak, özgənişad eylədin,
                    Qanı ey zalım, bizimlə əhdü peyman etdigin!?

                    
Könlümüz minbə'd zülfünçün pərişan olmasın,                   
Bağrımız lə'lin həvasilə dəxi qan olmasın,                   
Bivəfasan! Çeşmimiz yadınla giryan olmasın,                  
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?

                     Və'deyi-vəslilə aldın səbrimiz, aramımız,
                    Olmadı bir gün vüsalından müyəssər kamımız,
                    Keçdi hicr ilə, Füzulidən betər əyyamımız,                 
                   Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?

пятница, 20 октября 2017 г.

Leyli və Məcnun. Təmamiyi-süxən, ifa- İDRİS RÜSTƏMOV





TƏMAMİYİ-SÜXƏN
Saqi, mütəğəyyir oldu halım,
Söyləşməyə qalmadı məcalım!
Minbə'd ziyadə vermə badə,
Rəhm eylə ki, sərxoşam ziyadə!
Xoş qəflət ilə keçirdim əyyam,
Bilmən ki, nolur işim sərəncam?
Sənnayeyi-ömr getdi əldən,
Sud etmədim etdigim əməldən.
Fəryad bu cövrdən ki, gərdun
Əhvalımı eylədi digərgun.
Dün dideyi-tər qılıb gühərbar,
Gərduna
dedim ki: "Ey cəfakar!
Hərgiz rəvişindən olmadım şad,
Dami-qəmü möhnətindən azad.
Əhbaba nəqiz dövr edərsən,
Ərbabi-kəmala cövr edərsən.
Məcnun əgər olsa idi cahil,
Olmazdım itaətində kahil,
Fərmanına inqiyad edərdin,
Könlünü müdam şad edərdin.
Əhli-hünər olduğu səbəbdən,
Sahibnəzər olduğu səbəbdən,
Əqranı içində xar qıldın,
Biizzətü e'tibar qıldın.
Leyli gər olaydı bir həyasız,
Ya, sən kimi mehrsiz, vəfasız,
Olmazdı ona həmişə cövrün,
Kamınca müdam olurdu dövrün.
Fəzl əhlinə mayil olduğundan,
İdrak ilə kamü olduğundan,
Daim qəm əlində zar qıldın,
Aşüfteyi-ruzigar qıldın.
Mən həm gər olaydım əhli-təzvir,
Etməzdin ianətimdə təqsir.
Səndən qərəzim olub sərəncam,
Dövründə mənə olurdu aram.
Çün əhli-vüqarü nəngü arəm,
Cövrünlə həmişə xarü zarəm.
Bu üzdən imiş sənin mədarın,
Var, indi ki, yoxdur e'tibarın!"
Gərdun eşidib mənim itabım,
Verdi bu əda ilə cəvabım:
"K'ey surəti-haldən xəbərsiz!
Hər hikmətə eyb edən hünərsiz!
Mən əmrə müvafiq eylərəm dövr,
Hikmətdə vəfadır etdigim cövr.
Əmma, sən edən əməl xətadır
Kim, piri-təriqətin həvadır.
Şairliyə iftixar edibsən,
Kizbi özünə şüar edibsən.
Məcnun dedigin vücudi-kamil
Hər danişə məndən oldu qabil.
Divanə ona sən eylədin ad,
Səndən ona yetdi zülmü bidad!
Leyli dedigin məhi-təmami,
Mən pərdədə saxladım girami.
Rüsvayi-xəlayiq eylədin sən,
Min tə'nəyə layiq eylədin sən.
Gəh İbni Səlama zülmü ilhaq,
Gəh Növfələ qədri qıldın itlaq.
Şərm et, bu nə hərzədir, nə möhməl?
Nə İbni Səlamü qanğı Növfəl?


Şərh eyləmək istədin fəsanə,
Qıldın sözə onları bəhanə.
Gördü çürümüş sümüklər azar,
Töhmətlərinə olub giriftar,
Əmvat məzaliminə girdin,
Asudələrə əzab verdin.
Cürmünə olanda xəlq mülzəm,
Lazım sorulur bu iftira həm.
Olmazmı bu baisi-əzabın?
Bu məsələdə nədir cəvabın?"
CƏVABİ-MƏSƏLƏ
Ey tutiyi-bustani-göftar,
Sərrafı-süxən, Füzuliyi-zar!
Aldanma, əgər sipehri-laib,
Tə'n itə sənə dedisə kazib.
Əş'arə yaman deyib usanma,
Sərmayeyi-nəzmi səhl sanma!
Sözdür gühəri-xəzaneyi-dil,
İzhari-sifati-zatə qabil!
Can sözdür, əgər bilirsə insan,
Sözdür ki, deyərlər, özgədir can.
Bİllah, bu yamanmıdır ki, hala
Əmvata söz ilə verdin əhya?
Məcnun ilə Leyliyi qılıb yad,


Ərvahlarını eylədin şad?

вторник, 17 октября 2017 г.

Müqtədir bədii söz ustası Nadir Hüseynov 6h, Sağlığında qiymət verin ins...

100 коротких и интересных фактов о человеке


·  Единственная часть тела, которая не имеет кровоснабжения, — роговица глаза. Кислород 
она получает непосредственно из воздуха.
·  Емкость мозга человека превышает 4 терабайта.
·  До 7 месяцев ребенок может дышать и глотать одновременно.
·  Наш череп состоит из 29 различных костей.
·  Нервный импульс из мозга движется со скоростью 274 км/ч.
·  Один человеческий мозг генерирует больше электрических импульсов в течение одного дня, чем все телефоны мира, вместе взятые.
·  Среднее человеческое тело содержит достаточно серы, чтобы убить всех блох на средней собаке; углерода — чтобы изготовить 900 карандашей; калия — чтобы выстрелить из игрушечной пушки; жира — чтобы сделать 7 кусков мыла; и достаточно воды, чтобы заполнить бочку в 50 литров.
·  Сердце человека перекачивает 182 млн литров крови за свою жизнь.
·  50 тыс. клеток в вашем теле отмирают и заменяются на новые в то время, как вы читаете это предложение.
·  Зародыш приобретает отпечатки пальцев в возрасте от 3 месяцев.
·  Женские сердца бьются быстрее, чем мужские.
·  Человек по имени Чарльз Осборн икал в течение 68 лет.
·  Праворукие люди живут в среднем на 9 лет дольше, чем левши.
·  Примерно 2/3 людей наклоняют голову вправо, когда целуются.
·  Человек забывает 90 % своих снов.
·  Общая длина кровеносных сосудов в организме человека — примерно 100 тыс. км.
·  Весной частота дыхания в среднем на 1/3 больше, чем осенью.
·  К концу жизни человек запоминает в среднем 150 трлн бит информации.
·  80 % тепла человеческого тела уходит из головы.
·  Когда вы краснеете, ваш желудок краснеет тоже.
·  Чувство жажды появляется при потере воды, равной 1 % от веса тела. Потеря более 5 % может привести к обмороку, а более 10 % — к смерти от обезвоживания.
·  В теле человека работает не менее 700 ферментов.
·  Люди — единственные существа, которые спят на спине.
·  В среднем 4-летний ребенок задает в день 450 вопросов.
·  Уникальные отпечатки пальцев кроме людей имеют еще и коалы.
·  Только 1 % бактерий вызывает недуги у человека.
·  Всех людей на планете можно с комфортом уложить в куб со стороной 1 000 метров.
·  Научное название пупка — умбиликус.
·  Зуб — единственная часть человеческого организма, которая не способна к самовосстановлению.
·  В среднем человеку необходимо 7 минут, чтобы заснуть.
·  Правша большую часть пищи пережевывает на правой стороне челюсти, левша — на левой.
·  В мире всего 7 % левшей.
·  Аромат яблок и бананов помогает похудеть.
·  Длина волос на голове, отращиваемых человеком в среднем в течение жизни, — 725 км.
·  Среди людей, которые могут двигать ушами, только 1/3 может двигать одним ухом.
·  Средний человек за всю свою жизнь проглатывает 8 маленьких пауков.
·  Общий вес бактерий, живущих в организме человека, составляет 2 кг.
·  99 % всего кальция в организме находится в зубах.
·  Губы человека в сотни раз чувствительнее, чем кончики пальцев. Настоящий поцелуй увеличивает пульс до частоты 100 и более ударов в минуту.
·  Абсолютная сила жевательных мышц на одной стороне равна 195 кг.
·  Во время поцелуя от одного человека к другому передается 278 различных культур бактерий. К счастью, 95 % из них не представляют опасности.
·  Партенофобия — это боязнь девственниц.
·  Зубная эмаль — самая твердая ткань, производимая организмом человека.
·  Если собрать все железо, содержащееся в организме человека, то получится лишь маленький винтик для часов.
·  Существует более 100 различных вирусов, вызывающих насморк.
·  Поцелуй достаточной продолжительности гораздо лучше, чем жвачка, нормализует кислотность в полости рта.
·  Ударяясь головой о стену, вы можете терять 150 ккал в час.
·  Человек — единственный представитель животного мира, способный рисовать прямые линии.
·  За время жизни кожа человека сменяется примерно 1 000 раз.
·  Ямочки на пояснице есть у каждого человека, только у кого-то они ярко выражены, а у других менее заметны. Ямочки находятся там, где срастается таз с крестцом, так что появление их вполне обоснованно.
·  Женщины моргают примерно в 2 раза чаще, чем мужчины.
·  В состав человеческого организма входят всего 4 минерала: апатит, арагонит, кальцит и кристобалит.
·  Настоящий страстный поцелуй вызывает в мозгу те же химические реакции, что прыжки с парашютом и стрельба из пистолета.
·  Мужчины считаются карликами при росте ниже 130 см, женщины — ниже 120 см.
·  Ногти на пальцах рук растут примерно в 4 раза быстрее, чем на пальцах ног.
·  Люди с голубыми глазами более чувствительны к боли, чем все остальные.
·  Нервные импульсы в человеческом теле перемещаются со скоростью примерно 90 метров в секунду.
·  В головном мозге человека за 1 секунду происходит 100 тыс. химических реакций.
·  Дети рождаются без коленных чашечек. Они появляются только в возрасте 2–6 лет.
·  Если у одного из однояйцевых близнецов не хватает того или иного зуба, как правило, такой же зуб отсутствует и у другого близнеца.
·  Площадь поверхности человеческих легких примерно равна площади теннисного корта.
·  В среднем человек за всю жизнь тратит на поцелуи 2 недели.
·  У блондинов борода растет быстрее, чем у брюнетов.
·  Лейкоциты в организме человека живут 2–4 дня, а эритроциты — 3–4 месяца.
·  Самая сильная мышца в человеческом теле — язык.
·  Размер сердца человека примерно равен величине его кулака. Вес сердца взрослого человека составляет 220–260 граммов.
·  С момента рождения в мозгу человека уже существует 14 млрд клеток, и число это до самой смерти не увеличивается. Напротив, после 25 лет оно сокращается на 100 тыс. в день. За минуту, потраченную вами на чтение страницы, умирает около 70 клеток. После 40 лет деградация мозга резко ускоряется, а после 50 нейроны (нервные клетки) усыхают и сокращается объем мозга.
·  При рождении в теле ребенка около 300 костей, в зрелом возрасте их насчитывается всего 206.
·  Тонкая кишка человека при жизни имеет длину около 2,5 метра. После его смерти, когда мускулатура стенки кишки расслабляется, длина достигает 6 метров.
·  Правое легкое человека вмещает в себя больше воздуха, чем левое.
·  Взрослый человек делает примерно 23 тыс. вдохов (и выдохов) в день.
·  Самые мелкие клетки в организме мужчины — клетки спермы.
·  Во рту человека около 40 тыс. бактерий.
·  В организме человека около 2 000 вкусовых рецепторов.
·  Человеческий глаз способен различать 10 млн цветовых оттенков.
·  Химическое соединение, ответственное за экстаз любви (фенилэтиламин), присутствует в шоколаде.
·  Человеческое сердце создает давление, которого достаточно, чтобы поднять кровь на уровень 4-го этажа.
·  Во сне человек сжигает больше калорий, чем во время просмотра телевизора.
·  Дети растут быстрее всего весной.
·  Каждый год гибнут более 2 000 левшей из-за ошибок в эксплуатации механизмов, предназначенных для правшей.
·  Оказывается, каждый 300-й мужчина имеет возможность удовлетворить себя орально.
·  Человек использует 17 мышц, когда улыбается, и 43 — когда хмурится.
·  В возрасте 60 лет большинство людей теряют половину своих вкусовых рецепторов.
·  Во время полета в самолете скорость роста волос у человека удваивается.
·  1 % людей может видеть инфракрасное излучение, и 1 % — ультрафиолетовое.
·  Если вы заперты в полностью закрытой комнате, то вы умрете от отравления диоксидом углерода, а не из-за недостатка воздуха.
·  По статистике, лишь 1 человек на 2 млрд перешагивает порог 116 лет.
·  В среднем человек говорит 4 800 слов за 24 часа.
·  Сетчатка внутри глаза охватывает около 650 кв. мм и содержит 137 млн светочувствительных клеток: 130 млн палочек для черно-белого видения и 7 млн колбочек для цветового зрения.
·  Наши глаза всегда одного размера от рождения, но наш нос и уши никогда не перестают расти.
·  С утра человек примерно на 8 мм выше, чем вечером.
·  Мышцы фокусировки глаза двигаются 100 тыс. раз в день. Чтобы мышцы ног сделали столько же сокращений, нужно ходить 80 км в день.
·  Кашель — взрывной заряд воздуха, который движется со скоростью до 100 км/ч.
·  По данным немецких исследователей, риск сердечного приступа выше в понедельник, чем в любой другой день недели.
·  Кость в 5 раз прочнее стали.
·  Невозможно чихнуть с открытыми глазами.
·  Вросшие ногти — наследственная черта.
·  Нормальный человек умрет от полного отсутствия сна быстрее, чем от голода. Смерть произойдет примерно через 10 дней без сна, в то время как от голода — через несколько недель.
·  Средняя продолжительность жизни — 2 475 576 000 секунд, за жизнь мы произносим в среднем 123 205 750 слов, занимаемся сексом 4 239 раз.


понедельник, 16 октября 2017 г.

Mİrzə Xəzər, meydan düşüncələri -2





Vaqif Azəryarın filmləri

Mirzə Xəzər. Meydan düşüncələri-3..





Vaqif Azəryarın filmləri

SPASİBO





Vaqif Azəryarın filmləri

M Füzuli Əql yar olsaydı, tərki eşqi yar etməzmidim İfa İdris Rüstəmov

Диляра Юсуфова. МОЛОКАНСКИЙ САД

AZƏRİN. BİZİ İNTİQAMA SƏSLƏYİR CƏNGİ

Xilafi rə'yim ilə, ey fələk, mədar etdin! ifa müqtədir sənətkar İdris Rü...





Vaqif Azəryarın filmləri

ELDAR HÜSEYNOV NAXÇIVANIM





Vaqif Azəryarın filmləri

QARABAĞ ŞİKƏSTƏSİ.mp4





Vaqif Azəryarın filmləri

HALAL





Vaqif Azəryarın filmləri

Mİrzə Cəlilin sözü, Mirzə Xəzərin səsi





Vaqif Azəryarın filmləri

AVTORİTET .mp4





Vaqif Azəryarın filmləri

VƏTƏNPƏRVƏRLƏR.flv





Vaqif Azəryarın filmləri

TORPAQ





Vaqif Azəryarın filmləri

ПОТЕРЯННАЯ ИСТИНА ЭПИЗОДЫ ПАХАНА