вторник, 7 ноября 2017 г.

M. Füzuli. Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm. ifa V A...





BU MÜRƏBBE LEYLİ DİLİNDƏNDİR
Giriban oldu rusvalıq əlilə çak, damən həm,
Mənə rüsvahğımda dustlar tə'n etdi, düşmən həm.
Rəhi-eşq içrə can qıldım giriftari-bela, tən həm,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Əgər tutsam qəmim eldən nihan, səbrü qərarım yox,
Və gər şərhi-qəmi-pünhanım etsəm, qəmgüsanm yox,
Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyanın yox,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Olubdur əşki-xunab ilə gülgun çöbreyi-zərdim,
Yanıbdır atəşi-hicranə cani-dərdpərvərdim,
Cəfayi-çərxi-kəcrəftar əlindən var min dərdim,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Gəhi şövqi-vüsalü gəh bəlayi-hicr ilə zarəm,
Özüm həm bilməzəm dərdim nədir, mən necə bimarəm?
Qəmi-eşq içrə bir dərmanı yox dərdə giriftarəm,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Cüda səndən bəlavü dərdi-hicran ilə tutdum xu,
Qılır hər dəm mənə bidad dord ayru, bəla ayru.
Bəlavü dərdə düşdüm, ruzigarım böylə, halım bu,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Təbibi-eşqə çün izhar qıldım dərdi-pünhanı,
Məni-bimarə mütləq olmadı bir səhhət imkanı,
Əzəldən var min dərdim ki, yoxdur hiç dərmanı,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Füzuli, hər zaman bir tə'n ilə bağrım qılırsan qan.
Əcəb, bilməzmisən kim, eşqdən keçmək değil asan?
Bilirsən, düşmüşəm bir dərdə kim, yoxdur ona dərman,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?

Комментариев нет: