понедельник, 18 сентября 2017 г.
Azadıq Biz: Nə üçün neft ucuzlaşır, Rusiya isə dağılmır?
Azadıq Biz: Nə üçün neft ucuzlaşır, Rusiya isə dağılmır?: Hal-hazırda siyasətə biganə axırıncı “obıvatel”in də səhər yuxudan oyanıb xəbər saytlarında cavab axtardığı bir sual var: “Neftin...
пятница, 15 сентября 2017 г.
среда, 13 сентября 2017 г.
Məndə Məcnundan füzun aşiqlik istedadı var M Füzuli. İfa edir Vaqif Azəryar
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm, Məcnunun yalnız adı var.
Nola qan tökməkdə mahir olsa çeşmim mərdümü,
Nütfeyi-qabildürür, qəmzə kimi ustadı var.
Qıl təfağür kim, sənin həm var mənim tək aşiqin,
Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.
Əhli-təmkinəm məni bənzətmə ey gül bülbülə,
Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var.
Öylə bədhaləm ki, əhvalım görəndə şad olur,
Hər kimin kim, dövr cövründən dili naşadı var.
Gəzmə, ey könlüm quşu, qafil fəzayi eşqdə
Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var.
Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.

воскресенье, 27 августа 2017 г.
H Cavid "İblis" ifa - V.Azəryar
İblis!.. O böyük ad nə qədər calibi-heyrət !
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.
Hər qülbədə, kaşanədə, viranədə İblis!
Hər Kəbədə, bütxanədə, meyxanədə İblis!
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət.
Lakin bəni təhqir edən, ey əbləhü miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.
Bənsiz də əmin ol, sizə rəhbərlik edən var.
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altun və qadın düşgünü divanə bəbəklər.
Bin hiylə quran tülki siyasilər, o hər an
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi çeynətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...
Bən tərk edərim sizləri əlan nəmə lazım!
Heçdən gələrək, heçliyə olmaqdayım azim.
İblis nədir?
- Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
- İblis...

среда, 23 августа 2017 г.
пятница, 6 января 2017 г.
D.W.A. - Heykəl Baba (Censored)
yazdığ, tutduz, qorxduğ? de gələ!
gör hələ nələr yazılacağ o heykələ
пятница, 30 декабря 2016 г.
Eldar Baxış. Dünya. ifa V.Azəryar
Dünya
İsası qırıla, Musası qala,
Onsuz da bu dünya düzələn deyil.
Musası qırıla, İsası qala,
Onsuz da bu dünya düzələn deyil.
Bozara-bozara boz ayı çıxa,
Şaxta ayı çıxa, buz ayı çıxa,
Əlli günü çıxa, yüz ayı çıxa
Onsuz da bu dünya düzələn deyil.
Nə deyir sökülən, bax, o dan yeri?
Ayın ay yeri var, günün gün yeri,
Suyun su yeri var, dənin dən yeri
Onsuz da bu dünya düzələn deyil.
Sünbül sünbüldürsə, qıçalayacaq,
Budaq budaqdırsa, haçalayacaq,
Qurdu quzusunu parçalayacaq,
Onsuz da bu dünya düzələn deyil.
Min il bağrımızı yarıb beləcə,
Min il qanımzı sorub beləcə,
Dəvə boynu kimi durub beləcə,
Onsuz da bu dünya düzələn deyil.
Əzilsək, bir yerdə əzilməliyik,
Düzülsək bir yerdə düzülməliyik,
Eldar, biz özümümz düzəlməliyik,
Onsuz da bu dünya düzələn deyil.
Подписаться на:
Сообщения (Atom)