суббота, 30 сентября 2017 г.

Rüstəm Behrudi QARA KÖLGƏ. İfa - V.Azəryar





Tan internet teatrı "Mən kiməm" layihəsinin növbəti seansını təqdim edir. Bu dəfə şair R.Behrudi dünyasına baş vurduq. İfa V.Azəryar
Rüstəm Behrudi
QARA KÖLGƏ
Həbsxanalarda yatan günahsız qəhrəmanlara...
Uzun zamandır fiziki ağrılara tablaşsam da,
ruhumuzun üstünə çökən kölgənin qaranlığına dözə bilmədim.
Bir qara kölgə gəzir -
Ürəyimdə əks-səda verir
addımlarının səsi.
Bir qara kölgə gəzir -barmaqlığın kölgəsi...
Bu qara kölgə hopur arzularımıza,
Çıxıb kameralardan düşür ümidlərimizin üstünə.
Bir zəhərli ilan kimi sürünə-sürünə Həbsxana divarlarını
aşıb gəzir.
İçimizdə gömülmüş Sözlərin üstündən keçib
Şəhər-şəhər, küçə-küçə, ev-ev dolaşıb gəzir...
Sevgilər, ümidlər-ayrılıq, həsrət, Ağaclar, yarpaqlar, çiçəklər, otlar,
Köləlik qoxuyan sözlər, nəğmələr, Uçulan ocaqlar, kül altda odlar,
İlahi, hər bir şey bu kölgə altda...
Şəhərlər, küçələr, evlər kölgədə,
Yüz ildir
zülmətdə yeyib səbrini Gözləyən
əzabkeş devlər kölgədə.
Bu kölgə altında görünmür heç nə
Görünmür qurulan dar ağacları,
Görünmür bu millət, yaralı ölkə Tilsimdə nə cürə can verir susuz.
Görünmür xəyanət,
yalan görünmür,
Görünmür nə cürə ölür, ruhumuz.
Bir qara kölgə gəzir;
Bu qara kölgə - ölən ümid,
doğmayacaq günəş, sökülməyəcək dan.
Bu qara kölgə düşür şəhidlərimizin üstünə,
Qara bayrağa çevrilib asılır qapıdan, divardan,
asılır ruhumuzdan.
Bu qara kölgədən doğulan qara bayraqların altında
qara günlər yaşayırıq, dostlar!
Günlər yaşayırıq- qapqara.
Bu qış nə uzun çəkdi, Nə uzun çəkdi bu qış?
Bahara çoxmu qalır,çoxmu qalır bahara?!
Ruhum mənim,
Bu məktub sonuncudu, sonuncudu bəlkə...
Son məktub - son ümiddi, ruhum mənim!
Son ümid - sonra kölgə...
Son döyüşdən özgə Heç nəyə yoxdur andım.
Bu kölgədən əvvəl
Sabahların aydınlığına,
Gecələrin zülmətinə,
Dərdlərimizin böyüklüyünə
Ruhumuzun ölməzliyinə,
bir də sənə inandım.
İnanıb da çağırdım:
- Son döyüş, hardasan?!
vaxtdı, vaxtdı, gəl... gəl... gə...
Bizi kor eylədi bu qara kölgə.

Комментариев нет: