суббота, 30 сентября 2017 г.
M. Füzuli. Öylə sərməstəm ki... ifa V. Azəryar
Tan internrt teatrı "Mən kiməm" layihəsindən növbəti seansı təqdim edir. M.Füzulinin "Leyli və Məcnun" poemasından məcnunun dilindən qəzəl. İfa - V. Azəryar
Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir.
Gərçi canandan dili-şeyda üçün kam istərəm,
Sorsa canan bilməzəm kami-dili-şeyda nədir.
Vəsldən çün aşiqi müstəğni eylər bir vüsal,
Aşiqə məşuqdən hərdəm bu istiğna nədir?
Hikməti-dünyavü mafiha bilən arif deyil,
Arif oldur bilməyə dünyavü mafiha nədir.
Ahü fəryadın, Füzuli, incidibdir aləmi,
Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий