пятница, 20 октября 2017 г.

Leyli və Məcnun. Təmamiyi-süxən, ifa- İDRİS RÜSTƏMOV





TƏMAMİYİ-SÜXƏN
Saqi, mütəğəyyir oldu halım,
Söyləşməyə qalmadı məcalım!
Minbə'd ziyadə vermə badə,
Rəhm eylə ki, sərxoşam ziyadə!
Xoş qəflət ilə keçirdim əyyam,
Bilmən ki, nolur işim sərəncam?
Sənnayeyi-ömr getdi əldən,
Sud etmədim etdigim əməldən.
Fəryad bu cövrdən ki, gərdun
Əhvalımı eylədi digərgun.
Dün dideyi-tər qılıb gühərbar,
Gərduna
dedim ki: "Ey cəfakar!
Hərgiz rəvişindən olmadım şad,
Dami-qəmü möhnətindən azad.
Əhbaba nəqiz dövr edərsən,
Ərbabi-kəmala cövr edərsən.
Məcnun əgər olsa idi cahil,
Olmazdım itaətində kahil,
Fərmanına inqiyad edərdin,
Könlünü müdam şad edərdin.
Əhli-hünər olduğu səbəbdən,
Sahibnəzər olduğu səbəbdən,
Əqranı içində xar qıldın,
Biizzətü e'tibar qıldın.
Leyli gər olaydı bir həyasız,
Ya, sən kimi mehrsiz, vəfasız,
Olmazdı ona həmişə cövrün,
Kamınca müdam olurdu dövrün.
Fəzl əhlinə mayil olduğundan,
İdrak ilə kamü olduğundan,
Daim qəm əlində zar qıldın,
Aşüfteyi-ruzigar qıldın.
Mən həm gər olaydım əhli-təzvir,
Etməzdin ianətimdə təqsir.
Səndən qərəzim olub sərəncam,
Dövründə mənə olurdu aram.
Çün əhli-vüqarü nəngü arəm,
Cövrünlə həmişə xarü zarəm.
Bu üzdən imiş sənin mədarın,
Var, indi ki, yoxdur e'tibarın!"
Gərdun eşidib mənim itabım,
Verdi bu əda ilə cəvabım:
"K'ey surəti-haldən xəbərsiz!
Hər hikmətə eyb edən hünərsiz!
Mən əmrə müvafiq eylərəm dövr,
Hikmətdə vəfadır etdigim cövr.
Əmma, sən edən əməl xətadır
Kim, piri-təriqətin həvadır.
Şairliyə iftixar edibsən,
Kizbi özünə şüar edibsən.
Məcnun dedigin vücudi-kamil
Hər danişə məndən oldu qabil.
Divanə ona sən eylədin ad,
Səndən ona yetdi zülmü bidad!
Leyli dedigin məhi-təmami,
Mən pərdədə saxladım girami.
Rüsvayi-xəlayiq eylədin sən,
Min tə'nəyə layiq eylədin sən.
Gəh İbni Səlama zülmü ilhaq,
Gəh Növfələ qədri qıldın itlaq.
Şərm et, bu nə hərzədir, nə möhməl?
Nə İbni Səlamü qanğı Növfəl?


Şərh eyləmək istədin fəsanə,
Qıldın sözə onları bəhanə.
Gördü çürümüş sümüklər azar,
Töhmətlərinə olub giriftar,
Əmvat məzaliminə girdin,
Asudələrə əzab verdin.
Cürmünə olanda xəlq mülzəm,
Lazım sorulur bu iftira həm.
Olmazmı bu baisi-əzabın?
Bu məsələdə nədir cəvabın?"
CƏVABİ-MƏSƏLƏ
Ey tutiyi-bustani-göftar,
Sərrafı-süxən, Füzuliyi-zar!
Aldanma, əgər sipehri-laib,
Tə'n itə sənə dedisə kazib.
Əş'arə yaman deyib usanma,
Sərmayeyi-nəzmi səhl sanma!
Sözdür gühəri-xəzaneyi-dil,
İzhari-sifati-zatə qabil!
Can sözdür, əgər bilirsə insan,
Sözdür ki, deyərlər, özgədir can.
Bİllah, bu yamanmıdır ki, hala
Əmvata söz ilə verdin əhya?
Məcnun ilə Leyliyi qılıb yad,


Ərvahlarını eylədin şad?

Комментариев нет: