Həmşəri söyüşü.
Səhnəcik.
1.Sərnişin.
2.Sürücü.
Sərnişin taksidən çıxır. Maşının
qabağından dönüb səkiyə keçmək istəyir.
Sürücü
– Vətəndaş, dayanın.
Sərnişin
– Nə olub?
Sürücü
– (xırda pulları sayıb ona uzadır) Xırdanızı alın. Yetmiş səkkiz qəpik.
Sərnişin
– Nə xırda? Bu nə deməkdir? Məni dolamısınız?
Sürücü
– Vətəndaş, xahiş edirəm, məni ləngitməyin, pulunuzun qalğını alın, mən çıxım
gedim.
Sərnişin
– Necə yəni pulunuzun qalığını alın, Bizim pulumuz pul deyil? Azdı yenə verim.
Sürücü
– Vətəndaş, xahiş edirəm, məni təhqir etməyin. Necə yəni, azdı, yenə verim?
Götürün pulunuzun qalığını məni başqa sərnişinlər gözləyir.
Sərnişin
– Yox. Görürəm, siz məni əməlli-başlı ələ salmışınız. Bu saat sizin müdiriyyətə
zəng edib xəbər verəcəyəm ki, sürücünüz mənə xırda pulu qaytarmaqla məni təhqir
edir. Xoşluqla çıxın gedin.
Sürücü
– Məni heç nə yolumdan döndərə bilməz. Tez olun 78 qəpik xırda pulunuzu alın. Məni
işdən qovsalar da, ən ağır cəzaya məhkum etsələr də bu əməlimdən əl çəkmərəm.
Alın, 78 qəpik xırdanızı.
Sərnişin
- Əcəb işə düşdük. İşə bax, taksi şoferi sərnişinə pulun qalığını qaytarır. Sərnişin
üçün bundan böyük təhqir ola bilməz. Mən çox dözdüm. Daha əlacım yoxdur. Gedirəm
birbaşa idarənizə. Verin o 78 qəpiyi.
Sürücü
– Buyurun (pulları verir)
Sərnişin - İşi məhkəməyə qədər aparacam. Pulun
qalığını qaytarıb sərnişini təhqir etmək? İndiyə qədər hansı taksiyə minmişəm,
sürücülərdən mərd hərəkət görmüşəm. Sayğac 1 manat vurur, onlar iki manat alır,
sayğac 2 manat 10 qəpik vurur onlar, dörd manat alır, lap qanacaqlısı, mərifətlisi
5 manat alır. Mən nahaq bu sayğacı olan taksiyə mindim. Heyf deyil, sayğacsız
taksi. Yolları tanımırlar, kefləri istəyən qiyməti qoyurlar, qoymurlar heç
canına yel dəysin. Taksi elə olar! Yoxsa, bu!!!